Şamaxıda iki avtomobil toqquşub, ölən var

29.04.2017 12:48     Sosreaksiya     1421

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin  verdiyi məlumata görə, aprelin 28-də saat 1 radələrində Şamaxı şəhərinin girişində şəhər sakini İlqar Teyfurovun idarə etdiyi "VAZ-21214" və Bakı şəhər sakini Nazim Manafovun idarə etdiyi "Wolksvagen" markalı avtomobillər toqquşub. Nəticədə İ.Teyfurovun sərnişini, həmyerlisi Ramin Nəsirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar