"Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Kubok" yarışı keçirildi. - FOTOLAR

29.04.2017 17:18     Sosreaksiya     1666

Reksiya.az xəbər verir ki, 2017-ci il aprelin 29-da «Climbaku» İdman Dırmanması Mərkəzində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) və Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə İdman Dırmanmasının boldrinq növü üzrə"Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Kubok" yarışı keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətənpərvərliyin təbliğində aprel döyüşləri" adlı layihə çərçivəsində baş tutan tədbirdə Dövlət Dəstəyi Şurasının Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (Fairex) vitse-prezidenti Arzu Mustafayev, aprel şəhidi Əlizaman İslamovun anası, İlham Mirzəyevin doğmaları,Seymur Baxışovun və Rusif Ağayevin həyat yoldaşları, Qarabağ Müharibəsi Veteranlari,Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xətai Rayon İdarəsin üzvləri, QHT rəhbərləri Cəsarət Hüseynzadə, Mehdi Vedili, İradə Polad, Səbinə Kərimova, Tahirə Məmmədova, İctimai Birliyin Binəqədi Rayon İdarəsinin sədri Fərhad Əliyev,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Ekalogiya və Təbii Sərvətlət Nazirliyinin, Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının və Qərb Universitetinin tələbələri iştirak ediblər.

Şərhlər

Çox oxunanlar