Cocuq Mərcanlıda raket mühərriki tapıldı

02.05.2017 20:16     Sosreaksiya     1298

Cocuq Mərcanlı kəndində hərbi sursat tapılıb.

ANAMA-dan verilən məlumata görə, gün ərzində kənddə 1 534 ədəd qəlpə, 2 ədəd tank əleyhinə TM-57 minası və 4 ədəd partlamamış hərbi sursat (1 ədəd PQ-7VM raketi və 3 ədəd PQ-7 raketinin mühərrik hissəsi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 23 962 kv.m ərazi (3 062 kv.m əl ilə, 5 700 kv.m mexaniki üsulla və 15 200 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar