«Lənkəranski»nin qətlində iştirak edən killer öldürüldü
03.05.2017 11:54 Sosreaksiya 1399
Ötən ilin avqustunda «qanuni oğru» Rövşən Canıyevin(«Lənkəranski»)qətlində iştirak edən killer Sankt-Peterburqda öldürülüb.
Bu sensasion məlumatı Rusiya KİV-i yayıb. Məlumatda deyilir ki, «Lənkəranski»nin qətlində iştirakı şübhə doğurmayan Cabir Həsənov aprelin 28-də Leninqrad prospekti 42-də öldürülüb. Qətlə yetirilən 42 yaşlı Cabir Həsənov bir neçə dəfə Azərbaycanda məhkum həyatı yaşayıb. Azadlığa isə üç il əvvəl çıxıb və Rusiyaya gedib. Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak etdiyi üçün barəsində axtarış elan olunubmuş. Onun saxta sənədlə Türkiyə və Ukraynada gizləndiyi məlum olub. Öldürüləndə də üstündə Cümşü Həsənov kimi qeyd edilən saxta sənəd tapılıb.
Qətlə yetirilənin pasport qeydlərinin araşdırılması zamanı üzə çıxıb ki, «Lənkəranski» yə sui-qəsd olanda o, Türkiyədə olub.
Bildirilir ki, Cabir Həsənov cəzasını azərbaycanlı «qanuni oğru» Nadir Səlifovun(«Lotu Quli») saxlandığı 8 saylı həbsxanada çəkib. Rusiya KİV-nin iddiasına görə, «Quli» ilə yaxın münasibəti olub.
Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini daha çox qulağı kəsilərək şəkili və videosu yayılan Rafiq Eyvazovun(«Rafiq Masallinski») intiqamı kimi izah edir. Məlumata görə, «Rafiq Masallinski» bu qətldən sonra yaxın ətrafına «sırada daha 6 nəfər qaldı» deyib. Bu, isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.
Şərhlər