Ermənistan mətbuatı Afrika ölkələri səviyyəsindədir.
03.05.2017 14:16 Sosreaksiya 1109
Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1993-cü il 3 may tarixini Dünya Mətbuat Azadlığı Günü olaraq müəyyənləşdirib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hər il mayın 3-ü azad mətbuatın müdafiəsi, bütün dünyada mətbuat azadlığının qiymətləndirilməsi, professional vəzifələrinin icrası zamanı həlak olan jurnalistlərin anım günü kimi qeyd edilir.
Dünya ölkələrində mətbuat azadlığının vəziyyətini tədqiq edən "Freedom House"-un hesabatına görə, dünyanın 196 ölkəsinin 35 faizində mətbuat azad, 33 faizində qismən azad, 32 faizində isə qeyri-azaddır.
Dünyada yalnız altı nəfərdən biri azad mətbuatı olan ölkədə yaşayır.
Ermənistan mətbuat azadlığı olmayan ölkələr sırasında 146-cı yerdə - Kamerun, Mərakeş, Qatarla (147-150) eyni sırada qərarlaşıb.
Mətbuat azadlığı baxımından aparıcı ölkələr sırasında Finlandiya, İslandiya, Norveç, İsveç, Danimarka, Belçika, Lüksemburq, Andorra, İsveçrə və Lixtenşteyn yer alıb.
Şərhlər