Yadplanetlilərə göndərilən vallar artıq internetdə

28.07.2015 14:57     Sosreaksiya     2667

"Voyager-1" və "Voyager-2" kosmik gəmiləri ilə birlikdə kosmosa göndərilən dünyadan səsləri özündə ehtiva edən qızıl valları artıq Soundcloud saytından dinləmək mümkün olacaq.
NASA 1977-ci ildə kosmosa göndərilən əkiz Voyager gəmilərinin daşıdığı səsləri "Soundcloud" saytına yükləyib. Günəş sistemini bütövlükdə qət edən və Yupiter, Saturn, Uran və Neptunun ilk dəfə müşahidə edən kosmik gəmilər kosmosda səfərlərinə davam edib.
Qızıldan və misdən hazırlanan vallar kosmosun dərinliklərində milyardlarla il qalsınlar deyə uran-238 izotopu ilə örtülmüşdü. Carl Saganın başçısı olduğu komitə tərəfindən seçilən valların məzmunu, təbiətə aid səslərin yanında 55 dildə salamlamanı da özündə ehtiva edirdi.
Qızıl valları Soundcloud'da dinləmək üçün NASA-nın hesabına girməyiniz bəs edir: https://soundcloud.com/nasa
 

Şərhlər

Çox oxunanlar