Şəhidin adı əbədiləşdiriləcək - FOTOLAR

07.05.2017 21:49     Sosreaksiya     1528

Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “Şəhidlərimizi və düşmənlərimizi tanıyaq, tanıtdıraq” layihəsi ilə qalib gələn “Vətən Uğrunda Şəhid Ailələri və  Milli  Qəhramanlar” ictimai birliyi layihənin icrasına davam edir. VUŞAMQİB-in sədri Zərifə Əsərovanın verdiyi məlumata görə layihə çərçivəsində 1994 - cü ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölümündən sonra Azərbaycan Bayrağı orderi ilə təltif olunan şəhid Vilayət Əsgərovun Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşadığı binanın önündə baraleyfi qoyulacaq. Artıq baraleyfi hazırlayan heykəltaraş-rəssam Sahib Quliyev barelyfin hazırlanmasına başlayıb.

 

Şərhlər