Xırdalan sakini naməlum şəraitdə bıçaqlanıb

10.05.2017 08:07     Sosreaksiya     1408

Abşeron rayonunda gənc naməlum şəraitdə bıçaqlanıb. Reaksiya.az apa-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhər bazarının yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Həsənzadə Zahid Mahir oğlu axşam saatlarında evinə gedərkən tanımadığı şəxs (və ya şəxslərlə) mübahisə edib. Nəticədə Z.Həsənzadəyə iki bıçaq xəsarəti yetirilib. Yaralını 1 saylı şəhər xəstəxanasına hadisə şahidləri çatdırıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Faktı Abşeron polisi araşdırır. 

Reaksiya.az

Şərhlər