Aralıq dənizində 245 qaçqın itkin düşüb
10.05.2017 08:34 Sosreaksiya 1096
Aralıq dənizində iki gəminin qəzaya uğraması nəticəsində 245 qaçqın itkin düşüb və ya həlak olub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin qaçqınların işləri üzrə Ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Sesil Puyi bildirib.
O, qeyd edib ki, yalnız 50 nəfər xilas edilib. Sesil Puyinin sözlərinə görə, ilin əvvəlindən Aralıq dənizində 1300-dən çox qaçqın Avropaya keçməyə cəhd göstərərkən həlak olub.
Mayın 5-də Aralıq dənizində qaçqınların olduği gəmi batıb. Qəza nəticəsində 82 nəfər itkin düşüb, xilas edilmiş 50 nəfər Siciliyaya çatdırılıb.
Mayın 7-də göyərtəsində isə 170 nəfərin olduğu daha bir gəmi Liviya sahillərində batıb. Nəticədə 163 nəfər itkin düşüb. Yalnız 7 qaçqın xilas edilib.
Şərhlər