Bugün əsgərlərimiz and içir

10.05.2017 10:42     Sosreaksiya     1133

Müdafiə Nazirliyinin hərbi hissələrində andiçmə mərasimi keçirilir.

Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumatda bildirilir ki, bugün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlər and içir.

Təntənəli mərasimlər Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil olunub.

Reaksiya.az

Şərhlər