Bakıda ağır yol qəzası

10.05.2017 11:15     Sosreaksiya     1330

Paytaxtda ağır yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fərid Cavanşir oğlu Seyidovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:52-də başa çatıb.

Reaksiya.az

Şərhlər