Bakıda səbirsiz sürücülərin itirdiyi yüz minlər - VİDEO

11.05.2017 08:05     Sosreaksiya     1200

Məlumdur ki, mayın 5-dən etibarən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olmaq qadağan edilib. Bununla bağlı sürücülərə dəfələrlə xəbərdarlıq edilib. Amma bəzi sürücülər belə xəbərdarlıqlara məhəl qoymur və icazəsiz girişin qadağan edildiyi zolaqlara daxil olurlar.

Reaksiya.az Missiya.Aza istinadən  xəbər verir ki, Bakının Ziya Bünyadov prospektində çəkilən görüntülərdə bəzi sürücülərin açıq-aşkar «sarı xəttlə» bağlı qadağaya məhəl qoymadığı öz əksini tapıb. Belə ki, yolda tıxac olduğu üçün səbirsizlik edən sürücülər girişin qadağan edildiyi zolağa daxil olurlar. Yolda yerləşdirilən müşahidə kameraları isə onların bu qayda pozuntularını lentə alır.

Görüntülərdə bir nəçə dəqiqə sonra giriş qadağan edilən zolaqda digərlərində olduğu kimi tıxac yarandığı öz əksini tapır.

Amma həmin zolaqlar oyunlara zamanı xidmət göstərəcək avtomobillər, yanğınsöndürənlər, təcili yardım maşınları, polis avtomobillləri və digər xüsusi icazəsi olan nəqliyyat vasitələri daxil ola bilərlər. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuata açıqlamasında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olan 800-dən çox sürücü cərimələndiyini deyib.

Yol polisi əməkdaşları tərəfindən sarı zolağa nəzarətin gücləndirildiyini də diqqətə çatdıran V.Əsədov sürücüləri bir daha zolağa daxil olmamağa çağırıb.

IV İslam Həmrəyliyi Oyunları üçün Bakı yollarında çəkilən xüsusi zolaqlarla bağlı qadağa mayın 5-də qüvvəyə minib və mayın 25-nə qədər qüvvədə qalacaq. Bu zolaqda yalnız Oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər.

Qaydanı pozan sürücülər 40 manat cərimə olunur. Nəzərə alsaq ki, qadağanın qüvvəyə mindiyi gündən bu günə qədər 800 nəfər cərimələnib, onda sürücülər ümumilikdə 32 000 manat cərimə ödəyiblər. 

Reaksiya.az

 

Şərhlər