Xızıda meşə yanır

28.07.2015 17:07     Sosreaksiya     1690

Azərbaycanın Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti yayıb.

Məlumata görə, iyulun 28-də saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.

Şərhlər

Çox oxunanlar