Ermənilər Azərbaycan sərvətlərini belə talan edir - VİDEO
12.05.2017 08:20 Sosreaksiya 1430
Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı açılışını etdiyi zavodun görüntüləri yayılıb.
Reaksiya.az Missiya.az-a istinadən xəbər verir ki, qondarma rejimin rəhbəri Bako Sahakiyanın də iştirak etdiyi keçmiş Ağdərə rayonu ərazisində yerləşən Kaşen Filiz mədən kompleksinin açlışı ötən gün baş tutub. Zavod "Beyz Metals" şirkəti tərəfindən inşa edilib. Layihənin dəyəri 136 milyon dollar həcmində qiymətləndirilir.
Hazırda Tərtər rayonun inzibati ərazisi olan Kaşen yatağında 2011-ci ilin dekabrında bir sənaye əhəmiyyətli filiz quyusu aşkar edilib.
Bu gün artıq Ağdərə rayonundakı Kaşen iri qızıl yataqı kimi müəyyən edilib.
2012-ci il noyabr ayının sonunda bu yataqda açıq mədənçilik işləri başlandı və artıq 2013-cü il mayın 1-də Kaşen yatağında filiz istehsalına başlandı. Müntəzəm olaraq bu yataqdan gündə 2 min ton həcmində filiz Drmbon dağ-mədən zavoduna aparılırdı. Kaşen yataqından filizin emalını nəzərə alaraq Drmbon dağ-mədən zavodunda aparılan yenidənqurma işləri nəticəsində zavodun istehsal gücü iki dəfə - 350 min tondan 700 min tona qədər çatdırılmışdır. Hazırda Drmbon dağ-mədən zavodu ildə 600 min ton kaşen filizi və 100 min ton drmbon filizi emal edə bilir.
Növbəti on il ərzində 17 milyon ton filiz emalı planlaşdırılır.
"Base Metals" şitkətinin eksperimental məlumatlarına görə, Ağdərədə yerləşən yatağlar Kəlbəcərdə olan mədən yataqları kimi mis və qızılla zəngin deyil, lakin buradakı mis-molibden ehtiyatları irimiqyaslı istehsalatın qurulmasına imkan verir. Əgər Drmbon dağ-mədən zavodu ildə 350 milyon ton filiz istehsal edirsə, Ağdərə ərazisində tikiləcək zavod hər il təxminən 1 milyon 600 min ton filiz emal edəcək. "Base Metals"–ın məlumatına görə, Kaşen sahəsində 41 milyon ton həcmində filiz ehtiyatları var.
Şərhlər