ŞƏT üzvü ölkələrin media forumu keçirilir
28.07.2015 17:54 Sosreaksiya 2206

ŞƏT üzvü ölkələrin media kapitanları Moskvada ŞƏT Media Forumunda bu gün bir araya gəlib. RİA Novosti agentliyinin internet səhifəsindəki xəbərə görə, forumun keçirilməsi bu il təşkilata başçılıq etməkdə olan Rusiya tərəfindən təklif edilib. Moskva forumunun əsas mövzuları arasında söz azadlığını və jurnalistika etikasını əsas kimi qəbul edən ŞƏT ortaq informasiya mühitinin yaradılması məsələsi var.
RIA səhifəsindəki xəbərdə ŞƏT üzvü olan böyük media şirkətlərinin rəhbərləri, üzv ölkələr, müşahidəçilər və təşkilat ilə müxtəlif əlaqələri olan ölkələr arasında ortaq bir informasiya mühitinin meydana gətirməyin prinsipləri və bu ölkələr arasındakı dialoqun inkişaf etdirilməsində medianın rolunun əhəmiyyətini müzakirə edildiyi vurğulanıb.
Foruma 10-dan çox ölkənin media işçiləri dəvət edilib. Xəbərdə o da bildirilib ki, forumun yekun bəyannaməsində ŞƏT ölkələri media qrupları arasında əməkdaşlığın möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin əhəmiyyəti vurgulanacaq. Bununla yanaşı iştirakçılar ŞƏT media quruluşlarında məlumat təhlükəsizliyi və bu sahəyə radikal fikirlərin nüfuz etməsinin qarşısını da almaqda haqqında fikir mübadiləsi edəcəklər.
Qeyd edək ki, ŞƏT- ə üzv olan ölkələr arasında Rusiya, Çin, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistan var.
Şərhlər