Honkonqda keçirilən hərracda dünyanın ən bahalı torpaq sahəsi satılıb

17.05.2017 13:01     Sosreaksiya     1217

Dünyanın ən bahalı torpaq sahəsi Honkonqun hökumət hərracında rekord məbləğə - 3 milyard dollara satılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu torpaq sahəsi dünyada ən bahalı daşınmaz əmlakın olduğu Honkonq şəhərinin mərkəzində yerləşir.

Daşınmaz əmlak sahəsinin nəhəngi - “Henderson Land” kompaniyasının torpaq sahəsi üçün təklif etdiyi məbləğ ekspertlərin gözlədiyi 2-2,8 milyard dollardan da çox olub. Hərracda “Henderson Land” kompaniyasından başqa, aralarında Çinin materik hissəsindən də olan daha 8 şirkət iştirak edib.

Hazırda həmin ərazidə beşmərtəbəli avtomobil dayanacağı yerləşir. “Henderson Land” 2022-ci ilədək onu sökərək yerində yeni bina tikməyi planlaşdırır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar