Alimlərdən “qatil robot” xəbərdarlığı

29.07.2015 09:29     Sosreaksiya     2155

Məşhur ingilis astrofizik Prof. Dr. Stephen Hawkingin də aralarında olduğu minə yaxın alimin imzasını daşıyan ortaq bir məktub hazırlanaraq Argentinanın paytaxtı Buenos Airesdəki Beynəlxalq Süni Zəka Konfransında oxunub.

Məktubda qeyd olunub ki, çox yaxında hədəf seçkisində hələ də insanlara bağlı olan yer(cruise) raketləri və pilotsuz hava vasitələrindən fərqli olaraq süni zəka ilə hərəkət edən silahlar ya da qatil robotlar hədəflərini insanlarla birbaşa ünsiyyət qurmadan seçib vuracaq: “Böyük bir hərbi gücün bu silahları inkişaf etdirməyə başlaması, qorxunc nəticələrə yol aça bilər” – müraciətdə belə deyilir.

Məktubu imzalayanalr arasında məşhur fizikaçı alim Stephen Hawking, “SpaceX” şirkətinin rəhbəri Elon Musk və filosof Noam Xamski də var. 

Şərhlər

Çox oxunanlar