Qarabağ müharibəsi əlili və veteranlarının, Aprel döyüşləri iştirakçılarının Türkiyəyə səfəri yekunlaşıb. - FOTOLAR

24.05.2017 18:37     Sosreaksiya     1956

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) və Türkiyə Müharib Qazilər Dərnəyi İstanbul şöbəsinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup Qarabağ müharibəsi əlili və veteranının, Aprel döyüşləri iştirakçılarının Türkiyəyə səfəri Ankaradakı görüşlər və ziyarətlərlə yekunlaşıb.

Mayın 22-də səfər iştirakçıları Türkiyə Müharib Qazilər Dərnəyinin rəhbəri, ehtiyatda olan polkovnik Mehmet Şükrü Tandoğan və qurumun idarə heyəti ilə görüşüblər. M.Ş.Tandoğan Azərbaycanı Türkiyədən ayırmadıqlarını, xalqımızın müstəqillik və torpaqlarımızın azadlığı uğrunda mübarizəsini diqqətlə izlədiklərini, ölkəmizin uğurlarına çox sevindiklərini bildirib. Azərbaycanlı tərəfdaşları ilə sıx təmasların səmərəli olduğunu qeyd edən Dərnək başqanı əlaqələrin perspektivləri, yeni görüşlərin təşkili barədə fikirlərini bölüşüb. TOHGMİB sədri Emin Həsənli Koreyada, Kıbrısda və digər münaqişə bölgələrində qəhrəmanlıqla vuruşmuş türk hərbçilərilə görüşçlərin önəmindən danışıb, bu formatda ünsiyyətin Azərbaycan və Türkiyə veteranları üçün ciddi maraq və əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev də veteran təşkilatları arasında münasibətlərin inkişafının əhəmiyyətindən söz açıblar. Nümayəndə heyətimizdə təmsil olunan “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli veteranları, əlil döyüşçüləri, təqaüddə olan hərbçiləri bir araya gətirən qurumların fəaliyyətinin mediada işıqlandırılması barədə düşüncələrini paylaşıb.  

Həmin gün Azərbaycan nümayəndələri Türkiyə Əməkli Subaylar Dərnəyində də olub, bu təşkilatın rəhbəri, ehtiyatda olan general Ərdoğan Karakuşla, qurumun idarə heyətindəki keçmiş hərbçilərlə görüşüblər.

Sonra Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbir və oradakı möhtəşəm muzey kompleksi ziyarət edilib.

Günün ikinci yarısında Türkiyə Müdafiə Nazirliyində görüş keçirilib, Naziriliyin tabeliyində olan böyük sosial-iaşə qurumu ilə tanışlıq gerçəkləşib. Nümayəndələrimiz hazırda Ankarada müalicə alan azərbaycanlı döyüşçüyə baş çəkiblər. 

Qeyd edək ki, sözügedən səfər Türkiyə Müharib Qazilər Dərnəyi və Əməkli Subaylar (Ehtiyatda olan Zabitlər) Dərnəyinin dəvətilə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin də iştirakı ilə gerçəkləşib. Həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu səfəri dəstəkləyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar