Rusiyanın kosmik izləmə cihazları artıq çox güclüdür

29.07.2015 09:49     Sosreaksiya     2920

Rusiyanın Tacikistandakı kosmik izləmə bazasının tam gücü ilə işə başladığı ifadə edilib.

Rusiya Müdafiə Nazirliyinin yayımladığı bir hesabatda “Okno-M” adı verilən kosmik monitorinq cihazlarının gücünün dörd qatına çıxarıldığı qeyd olunub.

“Okno-M”in kosmosda 120 ilə 40.000 kilometr uzaqlıqdakı cisimləri izləyib məlumat toplamaq üçün yaradıldığı bildirilir. Tamamilə Rusiyada yaradılan sistem əvvəlki modellərinə görə daha güclü bir axtarış sisteminə sahibdir.

 

İnsan əli dəymədən çalışır

 

Digər tərəfdən kosmosdakı cisimləri yalnız gecələri müşahidə edə bilən sistem, gördüyü cisimləri yaddaşına avtomatik olaraq qeyd edərək, insan əli dəymədən işləyə bilir. “Okno-M”-in 1999 – cu ildən etibarən 10 milyon kosmik cismi tapdığı bildirilir.

Şərhlər

Çox oxunanlar