Ermənilər minaatanlardan kəndlərimizi atəşə tutdu
29.07.2015 10:12 Sosreaksiya 1037

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Mərzili, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Şərhlər