Gömrükdə külli miqdarda siqaret tutuldu

27.05.2017 12:40     Sosreaksiya     1244

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

DGK-dan  verilən məlumata görə, baş idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi VAZ 2106 markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb. Avtomobilə baxış keçirən gömrükçülər 22180 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər