Girov qadınlarla bağlı Qazaxda yazı müsabiqəsi keçirilib. - VİDEO - FOTOLAR
30.05.2017 14:41 Sosreaksiya 1951
Bu gün” Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi ilə bağlı Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında yazı müsabiqəsi keçirilib.
Müsabiqə 55 nəfər tələbənin iştirakı ilə baş tutub. “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” mövzüsunda tələbələr yazılı şəkildə öz fikirlərini ifadə ediblər.
Müsabiqədə 1-ci, 2-ci ,3-cü yeri tutmuş yazı sahibləri diplom və hədiyyələrlə ,digər iştirakçılar isə təşəkkürnamə ilə qiymətləndiriliblər.
Şərhlər