Dağıstanda müsəlmanlar üçün "Love is” saqqızı

29.07.2015 10:04     Sosreaksiya     2874

Rusiyada məşhur “Love is” saqqız markasının bənzəri İslami dəyərlərə diqqət çəkən “Fuad və Samirənin ailəsi” adlı saqqız satışa buraxılıb.

Reaksiya.az xəbər verir ki, saqqızın üstündəki şəkillər, orijinalından fərqli olaraq “eşq” sözünü yox, “ailə xoşbəxtliyi” anlayışını izah edir. Dağıstanda satışa buraxılan saqqız, Moskva da daxil olmaq üzrə İslamın məşhur olduğu Rusiyanın müxtəlif bölgələrində satılmağa başladı.

Kağızların üstündə bu yazılara rast gəlmək mümkündür:

- "Ailə xoşbəxtliyi ... yaşlı ata - anaya hörmət göstərməkdir"

- "Ailə xoşbəxtliyi ... xəstə olan yoldaşa baxmaqdır"

- "Ailə xoşbəxtliyi ... birlikdə namaza durmaqdır"

- "Ailə xoşbəxtliyi ... həmişə birlikdə oruc tutmaqdır"

- "Ailə xoşbəxtliyi ... birlikdə dini kitablar oxumaqdır"

Orijinal “Love is” saqqızları kimi, “Fuad və Samirənin ailəsi” adlı saqqızların albalı və limon və ya çiyələk və banan kimi bir neçə fərqli dadı var.

Şərhlər

Çox oxunanlar