Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

01.06.2017 12:51     Sosreaksiya     1234

İyunun 2-də Bakı və Abşeron yarımadasında  hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə  arabir yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

ETSN-dən Reaksiya.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-17° isti, gündüz  20-25° isti, Bakıda gecə  15-17° isti, gündüz  22-24° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  759 mm civə sütunu, nisbi rütubət  75-85 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə  6-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Reaksiya.az

Şərhlər