Ordumuza dəstək məqsədilə toplanan vəsaitin məbləği açıqlandı
01.06.2017 13:35 Sosreaksiya 1274
İyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait bəlli oldu
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2017-ci il tarixədək daxil olmuş vəsaitin məbləği açıqlanıb. Reaksiya.az Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, bu müddətdə Fonda 82.414.536,16 AZN, 212.873,88 ABŞ dolları, 7436,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Şərhlər