Gəncədə 47 yaşlı kişi bıçaqlanıb

01.06.2017 21:11     Sosreaksiya     1478

 Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib

"Report"un  verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 

Belə ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Elşən Tapdıq oğlu Həsənov naməum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər