Sığortası olamayan sürücülər cərimələnəcək

01.06.2017 21:13     Sosreaksiya     1086

Avtomobilinin icbarı sığortası olamayan sürücülər cərimələnəcək. Özü də gələn həftədən etibarən, yəni iyunun 7-dən polis belə avtomobilləri radarlarla müəyyənləşdirəcək.

Avtomobilini icbari sığorta etdirməyənlər diqqətli olun. İcbrai sığortası olmayan və ya sığortasının vaxtı bitmiş avtomobillər radarlar vasitəsilə aşkarlanacaq və protokollar yazılacaq.

 Xəzər xəbər-in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, qeydiyyat ünvanı səhv göstərilən sürücülər icbari sığorta müqaviləsinin bağlanılmasına xüsusi diqqət etməlidirlər.

Qanuna əsasən, avtomobilini icbari sığorta etdirməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğidnə cərimə ediləcəklər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar