2 yaşlı Reaksiya.az

02.06.2017 08:33     Sosreaksiya     1517

Bu gün Reaksiya.az analitik informasiya saytının fəaliyyətə başalamasının iki ili tamam olur. İnternet mediasının inkişaf etdiyi bir vaxtda özünəməxsus yer tutan sayt  2015- ci il iyunun 2-dən fəaliyyət göstərir. Bu az müddət  ərzində ictimai siyasi, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırmaq,ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürən sayt ilk gündən qarşısına qoyduğu məqsədə çatmaq üçün irəliləyir.

2  il əvvəl müstəqil media qurumu kimi yaranan sayt ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və oxuculara çatdırır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar