FHN: “Kür” otelində güclü yanğın olmayıb”.
29.07.2015 10:42 Sosreaksiya 1387

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, “Kür” otelində yanğın hadisəsi baş verməyib.
Qeyd edək ki, ötən gün Şirvan şəhərində yanğın Mərkəzi Poçtun 3-cü mərtəbəsində məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 15 kv.m olan mənzildə baş verib. Mətbəxdə məişət qaz balonu alışıb və paltaryuyan maşın qismən yanıb.
Poçtun qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər