İraqda tanker partladı: 8 ölü

29.07.2015 10:54     Sosreaksiya     1280

İraqın Samarra şəhərində təşkil olunan bombalı hücumda 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

Reaksiya.az xəbər verir ki, İraqın Səlahəddin vilayətində yerləşən Samarra şəhəri yaxınlığında bomba yüklü tankerlə təşkil olunan hücumda 4-ü təhlükəsizlik işçisi olmaqla 8 nəfərin həyatını itirdiyi, 7 nəfərin yaralandığı bildirilib.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Samarra şəhərinin 10 kilometr cənubundakı Abbasiyə bölgəsində yol kənarına park edilmiş bomba yüklü tanker ərazini gəzən əsgərlərin yaxınlaşmasından sonra partlayıb.

Samarra xəstəxanasının həkimləri yaralıların bu tibb ocağına gətirildiyini təsdiq eidb.

Şərhlər

Çox oxunanlar