200-ə yaxın PKK-lı öldürüldü

29.07.2015 11:06     Sosreaksiya     1239

Terror təşkilatı PKK-ya 5 istiqamətdə təşkil olunan hava hərəkatının nəticələri ortaya çıxıb. Alınan məlumata görə 200-ə yaxın PKK-lı öldürülüb.

Reaksiya.az xəbər verir ki, cənub-şərqdə, dağlıq ərazidə və sərhəd xaricində terror təşkilatı PKK-ya qarşı əməliyyatların balansı aydınlaşır. Əməliyyatların bir müddət daha davam edəcəyi qeyd edilərkən, əvvəlcədən təxmin edilən hədəflərə qarşı 5 istiqamətdə hava əməliyyatında 130 PKK-lının təsirsiz hala gətirildiyi müəyyən edilib. Öldürülənlər arasında PKK-nın yüksək səviyyəli rəhbərlərinin olmadığının, yalnız Gabar kod adlı logistika mütəxəssisinin olduğu açıqlanıb.

Şimali İraqdakı PKK hədəfləri vurulur!

Türk Silahlı Qüvvələrinin  hava gücü ilə vurulan nöqtələrin PKK-nın gizli cəbbəxanaları, təhsil müəssisələri, sığınacaq, anbar, zenit batareyaları və sığınacaqlar olduğu ifadə edilib. Əməliyyatlarda ilk dəfə əvvəlcədən müəyyənləşdirilmiş, PKK-ya aid gizli mərmilər də vurulub. Mərmilərin üzərində göbələk formasında nəhəng toz buludlarının əmələ gəldiyi, gizlədilmiş partlayıcı və sursatın partladılması, partlayışın dəqiqələrlə davam etdiyi vurğulanıb. Əməliyyatın nəticələri təyyarələrlə aşkar edilib.

Hava əməliyyatlarında reaktivlər, idarə olunan hərbi texnika və sığınacaq deşən bombalar istifadə edilib. Növbəti prosesdə Türk Silahlı Qüvvələrinin  inventarına yeni qatılacaq,  daha da təkmilləşdirilmiş  sığınacaq deşən bombalar istifadə ediləcəyi daxil olan məlumatlar arasındadır. Bu bombalarla xüsusən gizli cəbhələrdə yaxşı nəticə alındığı bildirilir.

Şəhər mərkəzlərində təhlükəsizlik qüvvələrinə hücum edən PKK-nın ağır silahlarla məntəqələrə qarşı genişmiqyaslı hücum hazırlığında olduğu xəbəri alınarkən, müəyyən olunan hədəflərə qarşı yeni bir dalğa hava əməliyyatı keçiriləcəyi bildirilib. Baş qərargah rəhbərliyi dünən PKK-nın bir gün ərzində 5 məntəqəyə hücum təşkil etdiyini açıqlayıb.

Şərhlər

Çox oxunanlar