Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib
10.06.2017 11:51 Sosreaksiya 1522
İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.
Məlumatına görə, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.
Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
Şərhlər