"Yahoo" internet şirkəti mobil operatora satılıb
12.06.2017 11:04 Sosreaksiya 1652
ABŞ-ın "Yahoo" internet xidmətləri şirkətinin səhmdarları, onun ABŞ-ın ən nəhəng mobil rabitə operatoru olan "Verizon"a satılmasına razılıq veriblər. Bu barədə "Yahoo" şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 13-də tamamlanması planlaşdırılan satışın həcmi 4,48 mlrd. ABŞ dolları təşkil edib. "Yahoo"nun yeni adının "Altaba Inc." olacağı bildirilir.
Açıqlamadan sonra "Yahoo"nun Nyu-York birjasında səhmlərinin qiyməti 10,2% artdığı halda, "Verizon"un səhmləri 0,7% ucuzlaşıb. Qeyd edək ki, bu anlaşma "Yahoo"nun nağd vəsaitlərinə, Çinin "Alibaba Group" e-ticarət şirkətindəki 15% səhmlərinə, "Yahoo Japan"dakı 36% səhmlərinə və bir sıra patentlərinə şamil edilmir.
Həmçinin bildirilir ki, "Verizon" "Yahoo" ilə bir qədər bundan əvvəl aldığı "Amerika online" (AOL) internet xidmətləri və axtarış şirkətini birləşdirərək "Oath" adında yeni bir şirkət yaradacaq.
Xatırladaq ki, "Yahoo"nun 600 mln.-u mobil rabitə olmaqla dünyada 1 mlrd.-dan çox istifadəçisinin "Verizon"a keçməsindən sonra bu şirkətin dünya internet xidmətləri sektorunda xüsusi çəkisi artacaq.
Şərhlər