Aşıq Ədalətin vəziyyəti pisləşdi: Həkimlər əməliyyatdan imtina edirlər
13.06.2017 12:21 Sosreaksiya 1429
Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ədalətin vəziyyəti ağırlaşıb.
Səhhəti ilə bağlı Publika.az-a çətinliklə də olsa, açıqlama verən Aşıq Ədalət bildirib ki, təcili şəkildəTürkiyəyə getməlidir:
“80 yaşım var. Boğazımda ciddi problemlər yaranıb. Danışmaqda çətinlik çəkirəm. Həkimlər əməliyyat olunacağımı demişdi. Azərbaycanın ən yaxşı həkimlərinin qəbulunda olmuşam. Ürəyimdə problem var, yaşım çoxdu, zəifləmişəm deyə, burda əməliyyatı heç kim öhtəsinə götürmədi. Türkiyəyə yenidən yoxlanmaq üçün gedəcəm. Bu gün gedəcəyim dəqiq deyil. Amma yaxın günlərdə mütləq getməliyəm. Türkiyədə yoxlanışdan keçəndən sonra əməliyyatın lazım olub-olmadığı dəqiqləşəcək. Hələ heç nə bilmirəm”.
Şərhlər