Baku Medikal Plazadan şəhid ailəsinə və QHT sədrinə qarşı hörmətsizlik.

14.06.2017 18:25     Sosreaksiya     1718

O ölkə qüdrətli olar ki, onun ordusu güclüdü. Güclü ordunun təməlini isə vətənpərvər insanlar qoyur. Bu insanlara qayğı diqqət isə bir nömrəli məsələ olmalıdı. Dünən ulu öndər Heydər Əliyev, bu gün isə Prezident İlham Əliyev və vitse-prezident xanım Mehriban Əliyeva  bu qayğının təməlini qoyublar: şəhid ailəsinə, fiziki sağlamlığını itirən insanlara, müharibə veteranlarına xüsusi diqqət göstərilməlidi. Bu, dövlətimizin belə insanlara göstərdiyi diqqətdi. Bəs fərd olaraq və ya hansısa məmur olaraq  vətəndaşların üzərinə hansı məsuliyyət düşür? Axı onlar şəhid oldular ki, vətən və onun insanı xoşbəxt yaşasın. Onlar fiziki sağlamlıqlarını itirdilər ki, torpaqlarımıza yağı ayağı dəyməsin. Amma təəssüf ki, son zamanlar biz dövlətin qoyduğu o strateji xəttinin məmurlar tərəfindən silindiyinin daha çox şahidi oluruq. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinə onlarla şikayət daxil olur. Və o məmurlar və səlahiyyətli insanlar ki,narazılıq yaradırlar,əslində hərəkətləri ilə dövlətə zərbə vurur, etimatsız mühit formalaşdırırlar.Əgər şəhid övladı və ya onun qonşusu görür ki, belə ailələrə və insanlara qarşı diqqqətsizlik və sayğısızlıq var, onlar necə vətəni canları qədər sevə bilirlər.

Hər zaman biz onların, şəhid ailələrinin, müharibənin alovundan çıxmış insanların yanındayıq demişik. Şəhid kapitan Elsevər Hüseynovun nəvəsi dünyaya gələcək.Qərara aldıq ki, Baku Medikal Plazaya müraciət edək ki, bir qədər güzəştlər olunsun. Buna qədər İctimai Birlik bir neçə özəl klinikaya müraciət etmişdi.Və klinika rəhbərləri məsələnin həllində kömək etmişdilər. Biz də guman etdik ki, şəhid ailəsinin istəyi anlayışla qarşılanar. Lakin... Baku Medikal Plazada Baş həkimin Müalicə işləri üzrə müavini Feyzulla Qasımovun otağına girib istəyimizi deyəndə peşman olduq,çaşqınlıq içində qaldıq. Həkim Feyzulla Qasımov və digər həkim, ayağını ayağının üstünə aşırıb özünü çox tərbiyəsizcəsinə  aparan Rasim Qəhrəmanov dedilər ki, bunu qoltuğuna vurub bura  niyə gətirmisən. Apar dövlət xəstəxanasına .Biz şəhid və müharibə veteranlarına heç bir güzəşt etmirik.Gündə biri gəlir ki, şəhid ailəsiyəm. Hörmətli yoldaşlar  pul qoyub klinika tikdirib ki, gündə bunlar qapının ağzını kəsdirsinlər... 

 

Əvvəla  o hörmətli şəxslər çox nahaq yerə belələrinə iş tapşırıb özlərini hörmətdən salırlar.İkincisi şəhidlər olmasaydı indi belə klinikalar tikilib milyonlar qazanılmaz, Feyzulla Qasımov, Rasim Qəhrəmanov kimi həkimlər özlərini harın aparmazdılar. Son günlər şəhid ailələri və müharibə iştirakçısı və əlillərlə  bağlı artıq bir neçə belə faktın şahidi oluruq. Mingəçevir şəhərində Könül adlı baş həkim müharibə əlilinə deyir ki, ağlın olaydı müharibəyə getməzdin. Mingəçevirdə şəhid bulağının suyu kəsilir, sayğac quraşdırılır,  Sumqayıtda icra başçısı kapitan Hikmət Məmmədovu qəbul etməkdən boyun qaçırır, Yasamalın icra başçısı şəhid Cabbarxan Hacıağayevin ailəsinə vədlər verməklə aldadır.... Siyahını uzatmaq olar. Bu məsələləri ictimailəşdiririk ki, görəsiz , cənab İlham Əliyevin və vitse-prezident  xanım Mehriban Əliyevanın tapşırıqlarını kimlər yerinə yetirmir. Kimlər narazı kütlə formalaşdırır.

Məlumat üçün deyək ki,şəhid, Elsevər Sabir oğlu Hüseynov 1965- ci ilin iyunun 17-də Salyan şəhərində doğulub. 1979-cu ildə Naxçıvanski adına hərbi məktəbə daxil olub. Daha sonra təhsilini Bakı Birləşmiş Komandirlər Məktəbində davam etdirib. Hərbi xidmətini 1986-cı ildə Moskvada keçib.1991-ci ildə vətənin ən dar günündə Azərbaycana qayıdıb. Onun döyüş yolu Ağdərədən başlayıb. Füzuli rayonunun bir çox yaşayış məntəqələrinin alınmasında iştirk edib. 1994-cü il aprelin 25-də Xüsusi Təyinatlı Hərbi hissənin qərırgah rəisi olan kapitan Elsevər Sabir oğlu Hüseynova döyüş tapşırığı verilir. Tapşırığa əsasən kapitan Elsevər Hüseynov əsgərləri Ağdamın Şıxlar kəndinə aparmalı idi. Lakin təcrübəli kəşfiyyatçını narahat edən daxili bir hiss var idi. O, kəndə az qalmış döyüşçülərə müdafiə mövqeyi tutmağı əmr edərək, bir əsgərlə kəşfiyyata gedir. Cəsur komandir yanılmamışdı. Əslində burada böyük bir xəyanət var idi. Qəhrəman komandir qeyri-bərabər döyüşdə son gülləsinə qədər vuruşdu və şəhid oldu.O, öz ölümü ilə 60-dan çox əsgəri xilas etdi. Kəşfiyyatçılar o qəbildən olan insanlardılar ki, aramızda olmasalar belə onlar haqqında geniş məlumat verilmir. Müasirlərimiz və tanımadığımız qəhrəmanlardan biri olan Elsevər Hüseynovun qısa həyat yolu belədi. Ailəli idi. Bir oğlu var. Nəvəsi babası Elsevərin adını daşıyır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il 9 oktyabr tarixli fərmanı ilə kapitan Elsevər Sabir oğlu Hüseynov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

 Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı

Reaksiya.az

Şərhlər

Çox oxunanlar