Günün qoroskopu

16.06.2017 00:34     Sosreaksiya     1579

Qoç - ünsiyyətdə səlis olun və vaxtınızı rəğbət bəslədiyiniz adamlarla keçirməyə çalışın. Emosional fon o qədər də əlverişli deyil və əlavə yük yersizdir.

Buğa - bu gün çətin ki, Buğaları sevindirsin. O, kifayət qədər darıxdırıcı və mənasızdır, heç bir yeni imkan yaratmır. Amma gün sizi keçmişdəki səhvlərə qayıtmağa vadar edəcək.

Əkizlər - yaxınlarınızla dil tapmaq, fikir ayrılıqlarını aradan qaldırmaq və mübahisələrə son qoymaq şansı var. Sevdiyiniz şəxs sizi xoş sürprizlərlə sevindirəcək. Günün ikinci yarısına təyin edilmiş romantik görüş yaxşı keçəcək.

Xərçəng - həmkarlar və iş partnyorları ilə ünsyyət, peşəkar münasibətlərin yoluna qoyulması üçün münasib gündür. Gün asan keçməsə də, məhsuldar ola bilər.

Şir - vaxtınızı boş yerə sərf etməməlisiniz. Diqqət tələb edən vəzifələr cürbəcürdir.  Amma enerjiniz və gücünüz onları həll etmək üçün yetərlidir. Müstəqil şəkildə düşünmək, cavablar tapmaq və hərəkət etmək lazım gələcək.

Qız - ətrafdakılarla münasibətlər sevinc bəxş edəcək. Bu gün heç kimi özünüzün düzlüyünə inandırmağa ehtiyac olmayacaq. Onsuz da hamı buna əmindir. İdeyalarınız xoş niyyətlə qarşılanacaq. Gün təşəbbüskarlıq üçün münasibdir.

Tərəzi - narahatlıq üçün çoxsaylı səbəblərin olduğu çətin gündür. Bürcün nümayəndələri ətrafda baş verən hər şeyi ürəklərinə salırlar. Soyuqqanlı, praqmatik olun. Emosiyalara qapılmayın.

 

Əqrəb - ən yaxın adamlarla fikir ayrılıqları yarana bilər. Müdafiə üçün yersiz deyilmiş sözün münaqişəyə səbəb olma ehtimalı yüksəkdir.

Oxatan - həyat potensialı aşağıdır, bürcün nümayəndələrində nasazlıq yarana bilər. İfratçılıqdan imtina etmək, orqanizmin möhkəmliyini yoxlamaq tövsiyə olunmur. Allergik reaksiya ehtimalı var.

Oğlaq - həyat potensialı aşağıdır, sağlamlıqla bağlı ciddi problemlər yarana bilər. Xroniki xəstəliklərin kəskinləşməsi təhlükəsi var. Fiziki işdən, yorucu idmandan çəkinmək tövsiyə olunur.

Dolça - elə gələ bilər ki, hətta, ən yaxın adamlar da sizə qarşı biganədirlər. Sevgililər küsüşəcək. Bəzi Dolçalar münasibətləri pozmaq barədə qərar qəbul edəcəklər.

Balıqlar - etiyatlı olun! Bu çətin gündə bürcün heç də bütün nümayəndələri çətinliklərdən yayına biləcəklər. Ailə üzvləri ilə münasibətlərdə ciddi problemlər yarana bilər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar