Məşhur dedektiv yazıçı vəfat etdi

29.07.2015 15:28     Sosreaksiya     1181

Amerikalı məşhur dedektiv yazıçı Ann Rule 84 yaşında vəfat edib.

Reaksiya.az xəbər verir ki, 1931–ci ildə ABŞ-ın Miçiqan ştatında doğulan A.Rule Vaşinqton Universitetinin psixologiya, kriminologiya və yazıçılıq fakültəsini bitirib.

Setl Polis İdarəsində əmək fəaliyyətinə başlayan A.Rule yazıçı kimi karyerasına 1969-cu ildən “Həqiqi dedektiv” (True Dedective) jurnalında silsilə yazılarla çıxış etməklə qədəm qoyub.

Yazıçı 1980-ci ildə qələmə aldığı “Yanımdakı əcnəbi” (The Stranger Beside Me) adlı ilk kitabında cinayətkar aləmin məşhur simalarından olan Ted Bundinin həyatından bəhs edib.

O, dedektiv janrda 30-dan çox kitabın müəllifidir.

Şərhlər

Çox oxunanlar