QHT sədri Mehriban Əliyevaya açıq məktub yazdı

22.06.2017 19:53     Sosreaksiya     2312

"Əsgər Ailələrinə Dəstək" ictimai birliyinin sədri Mətanət Əsgərqızı Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya açıq məktub ünvanlayıb. Açıq məktubu olduğu kimi təqdim edirik.

 

AÇIQ MƏKTUB!

Hörmətli Mehriban xanım,
Bu günlərdə Əsgər Ailələrinə Dəstək İctimai Birliyinə aprel şəhidi Xalıq Həsən oğlu Əzizzadənin anası Nigar Əziz qızı Qasmova müraciət etdi. O, şəhid Xalıq Əzizzadənin PARABANKa olan borcuna görə məhkəməyə verilməsi ilə bağlı Əzizzadələr ailəsinin evlərini itirə biləcəyindən narahatçılıq keçirdiklərini vurğulyırdı. İctimai Birlik bu informasiyanı sosial şəbəkələrdə ictimailəşdirdi. Bundan sonra saytlar diqqətləri şəhid ailəsinə yönəltdi. Bu gün ailə bizə şad xəbər verdi ki, sizin göstərişinizlə banka olan borc silinib.
Hörmətli Mehriban xanım,
Sizin millətimizə, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara, yurd-yuvasını itirmiş insanlara qayğının, diqqətin dəfələrlə şahidi olmuşuq. Bu nəcib əməllərinizə görə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi adından sizə minnətdarlığımızı bildiririk. İndi orucluq ayıdı. Şəhid ailəsinə bu qayğıya görə Tanrıdan sizə hər zaman firavanlıq və sağlamlıq arzulayırıq. Allah Cənab İlham Əliyevə və sizə kömək olsun. Hər zaman ölkəmizdə sülh hökm sürsün! Amin!


Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı

 

Şərhlər

Çox oxunanlar