26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür
26.06.2017 00:15 Sosreaksiya 1777
Hər bir dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, xalqının azadlığının qorunmasında ordu olduqca böyük rol oynayır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
Milli ordumuzun təməli Azərbaycan Demokratik Respublikasinin fəaliyyəti dövründə qoyulmuş, 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atılmışdı.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ordu quruculuğuna diqqət daha da artırıldı. Ölkənin müharibə şəraitndə olması bunu daha çox tələb edirdi. Bu gün Azərbaycan ordusu Zaqafqaziyada ölkələri içərisində ən güclü ordular sırasındadı.
Bu gün Azərbaycan ordusu ən müasir silahlarla təmin olunur. Ölkə rəhbərliyi əsas diqqəti ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldib.
Yaxın keçmişdə cəbhə bolgələrində baş verənlər ordumuzun döyüş qabiliyyətini bir daha sübut etdı. Bu gün Azərbaycan ordusu öz torpaqlarıni geri qaytarmağa qadirdir.Gec-tez Azərbaycan bayragı Qarabağda dalğalanacaq. Ordumuzun qudrəti buna inamağa eminlik yaradır.
Şərhlər