Dünya reytinqində Azərbaycan ordusu 59-cu sırada

29.06.2017 13:51     Sosreaksiya     1409

"Global Firepower" analitik mərkəzi dünya ordularının yeni reytinq cədvəlidi müəyyən edib.

 ABŞ, Rusiya, Çin, Hindistan və Fransa ilk beşliyi tamamlayıb.  Azərbaycan siyahıda 59-cu sırada qərarlaşıb. Digər Cənubi Qafqaz ölkələrindən Gürcüstan 80-ci, Ermənistan isə 95-ci yerlə kifayətlənib. Türkiyə 8-ci, İran isə 20-ci yerdədir.  Reytinq 50 amil əsasında hazırlanır. Bura ordunun quru və havada döyüş qabiliyyəti əsas götürülür. Eyni zamanda əsgər sayı, hərbi büdcə, yerləşdiyi bölgəyə diqqət yetirilir. Qeyd edək ki, ümumilikdə, siyahıda 132 ölkə var.

Reaksiya.az

Şərhlər