Kompüter oyunlarının ZİYANLARI və... FAYDALARI

29.06.2017 14:21     Sosreaksiya     1337

Araşdırmalar göstərir ki, kompüter oyunları ciddi asılılıq yaradır. "Geymer"lər saatlarla durmadan kompüterin qarşısında vaxt keçirir.

Bu isə artıq çəkinin yığılması, görmə problemləri, dayaq-hərəki sistemində pozulmalar və s. kimi problemlərin inkişafına təkan verir.

Lakin son elmi araşdırmalar kompüter oyunlarının bəzi faydalı tərəflərini də aşkar edib - onlar stress və əsəbiliyi azaldır, depressiya ilə mübarizə edir.

Zee News xəbər verir ki, Kataloniya Universiteti (İspaniya) alimləri 122 elmi araşdırmanın nəticəsini təhlil etdikdən sonra belə qərara gəliblər ki, kompüter oyunları diqqəti və yaddaşı yaxşılaşdırır. Böyük oyun stajı olan "geymer"lərin beynində yaddaşa cavabdeh olan hipokamp hissəsi bu oyunları oynamayan insanlarla müqayisədə daha böyükdür.

Alimlərin fikrinə görə, kompüter oyunları beyinin qocalması ilə bağlı olan Alsgeymer və s. bu kimi xəstəliklərin profilaktikasında kömək edə bilər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar