“İrəvan-2018” portalı təqdim edilib

30.06.2017 22:27     Sosreaksiya     1682

Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan  “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi  www.iravan2018.com portalını təqdim edib.  Təşkilatın sədri Zaur Qəriboğlunun verdiyi məlumata görə portal BİRA-nın ötən ilin may ayında təsis etdiyi,  10-dan çox QHT-nin üzv olduğu “İrəvan-2018” Hərəkatının fəaliyyətinin davamı olaraq yaradılıb. Təşkilat sədri layihənin müddətinin bitməsinə baxmayaraq, portal üzərində mütamadi olaraq, işlənərək, zamanla təkminləşdiriləcəyini deyərək: “Biz ideologiyaya hesablanmış internet resurslarından IP gözləməməliyik. İllərdir, bu yalnış yanaşmaya görə ideologiya, informasiya sahəsində mübarizə aparan internet resurslarının fəaliyyəti maliyyə çatışmamazlığı ucbatından yarımçıq qalıb. Çünki bu gün pulu ancaq IP yığan, lazımsız informasiyalar paylaşan saytlara verirlər. Hansı ki, düşmən bizdən fərqli olaraq, məhz, ideologiyaya hesablanmış resurslarını maksimum ayaqda saxlamağa çalışır. Bizim isə məhz, müasir dövrün tələbi olaraq, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya yayan resursumuz yoxdu. Çünki bu ideologiya işidir. Bizim də ən zəif və axsaq tərəfimiz ideologiyadır.” – vurğulayıb. Daha sonra çıxış edən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas çox kiçik maliyyə ilə İrəvan – 2018 portalını yaradaraq, böyük iş görən BİRA ictimai birliyinə minnətdarlığını bildirərək: “ Gələcək layihələrinizdə də portalı təkminləşdirərək, daha başqa bu mövzulu portallar yaradaraq cəmiyyətə çox böyük töhfələr verə bilərsiniz. Bu pöortallar xəbər saytı deyil. Bunlar müasir dünyaya lazım olan informativ məlumat resurslarıdır” – deyib. Növbəti çıxışçı BİRA ictimai birliyinin “Karabakh Today” və yeni istifadəyə verilən “İrəvan2018” portalarının  redaktoru Qədir Nəsirov layihəyə müddətində arxivlərdə çalışaraq, İrəvanın güzəştə gedilməsini isbatlayan protokolların da əldə olunaraq, portala yerləşdirildiyini vurğulayaraq, zamanla bütöv Qərbi Azərbaycanla bağlı ensklopedik materialların da istifadəçilərə təqdim olunacağını diqqətə çatdırdı.

 

Şərhlər

Çox oxunanlar