Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
01.07.2017 11:29 Sosreaksiya 1271
İyulun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.
Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyul 2017-ci il tarixədək 83.397.952,17 AZN, 212.873,88 ABŞ dolları, 7436,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Şərhlər