Mədəniyyətdən çox mədəniyyətsizliyi təbliğ edən telekanallar - ARAŞDIRMA

29.07.2015 15:47     Sosreaksiya     2384

Televiziyanı yaradanda ona məcazi mənada “ayna” dedilər. Evlərimizə çağırılmamış qonaq kimi daxil olub bizə dünyadan məlumat versin, düşündürsün, tərbiyyə etsin, milli-mənvi dəyərlər aşılasın. Bir sözlə, cəmiyyətə ayna tutsun. Bəs görəsən bu gün tele kanallarımız bu missiyanı doğruldmağı bacarırlarmı? Telekanallarımız daha çox nəyi və necə təbliğ edir? Təəssüflər olsun ki, bu barədə çoxları kimi biz də heç ürəkaçan sözlər söyləyə bilməyəcəyik. Reallıqdır ki, bu gün Azərbaycan telekanallarının əksəriyyəti mədəniyyətdən çox mədəniyyətsizliyi təbliğ edir, düşündürməkdən çox düşüncələrimizi məhv edir. Bu gün telekanallarımızın əksəriyyəti milli-mənəvi dəyərlərimizi gənc nəslə aşılamaqdansa hər vəchlə həmin dəyərlərin itib-batmasına çalışırlar. Hansı ki, o dəyərləri ata-babalarımız neçə yüzilliklərdir qoruyaraq bu günümüzə qədər ən dəyərli miras kimi gətiriblər. Bu gün Azərbaycan tele kanallarının əksəriyyətində ağız deyəni qulaq eşitmir. Telekannallar toyxanaya, çayxanaya, meyxanaya çevrilib. Yazıqlar olsun ki, əxlaqsızlara ekrandan xalqa əxlaq dərsi keçmək həvalə olunub, mədəniyyətsizlərə mədəniyyəti təbliğ etmək tapşırılıb. Tarixini bilməyənlər millətə tarix dərsi keçir, ağılsızlar ağıl dərsi. Sənəti olmayanlar sənətin sirlərindən, öz ailəsini qoruya bilməyənlər ailə kriteriyalarından, namussuzlar namusdan danışır ağız dolusuyla. Qulaqlarımızın pasını siləcək musiqilər dinləməkdənsə “manısların” buraxdığı “xoruzları” mahnı adıyla bizlərə sırımağa çalışırlar. Bu gün peşəkar telejurnalistlər başqa sahələrdə çalışmağa məcbur olduqları halda meydan qeyri peşəkarlara həvalə edilib. “Ağoppalar”, “güloppalar” tamaşaçılarla istədikləri kimi davranır. Yetər ki, “reytinq” qazana bilsinlər, yetər ki, ay sonunda cibləri dolsun, yetər ki, yaxşı toylar tuta bilsinlər. Millətə “toy tutmaq” bahasına olsa belə. Yeri gələndə söyüşlə, yeri gələndə şpaqatla, yeri gələndə də ora-buralarını açıb nümayiş etdirməklə “gündəmi” zəbt etməyə çalışırlar. Hansı gündəmi? O gündəmi ki, bir müddət sosial şəbəkələrdə bunlardan yazılacaq, bunlardan danışılacaq, bir sözlə, millətin işi-peşəsi bunları “yıxıb-sürümək”, tək-tük halda da müdafiə etmək olacaq. Bəli, çoxusu yaxşı bilir ki, etdiyi hərəkət, işlətdiyi ifadə ona nə başucalığı gətirəcək, nə də barəsində xoş söz danışılacaq. Və bunu bilərəkdən qəsdən edirlər. Bu yaxınlarda telekanalların birində dəfələrlə qalmaqallı hadisələri, söyüşü, təhqiri efirə gətirmiş bir aparıcı öz sosila şəbəkisində bu barədə “Ən əsası gündəm yaratmağı da bacarmaq lazımdı. Mən də bunu cox böyük məharətlə bacarıram” yazaraq sinəsinə döyürdü. Burda deyən lazımdı ki, hansı gündəm, nəyin bahasına başa gələn gündəm?  Sizin gündəminizə də, gündəm üçün qara qəpiklik etdiyiniz cəmdəyinizə də ölüm olsun. 
Televiziyalar yarananda biləsydilər ki, gözəlliyə deyil də, qara piyara xidmət edəcəklər, bəlkə də elə yarandıqları anda ortadan çat verərdilər! Telekannalları intihar həddinə çatdıran “jurnalistciklərə” son olaraq demək istəyirik ki, xalqın səbr kasasınının  daşması elə də çətin məsələ deyil, sadəcə bununçün müəyyən zaman lazımdır. Və o zaman yetişib artıq. Kasanı daşırtmaqdan əl çəkin, yoxsa o kasanın suyunda özünüz boğulacaqsız!
 

Şərhlər

Çox oxunanlar