“Qarabağda girov götürülmüş azərbaycanli anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” adlı layihənin icrası sona çatdı - FOTOLAR
03.07.2017 08:49 Sosreaksiya 1506
"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyi sədri Radə Abbasın verdiyi məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi Qrant müsabiqəsinin qalibi olmuş “Qarabağda girov götürülmüş azərbaycanli anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” adlı layihənin icrası başa çatmışdır.
Layihə Azərbaycan, Almaniya, Türkiyə və Rusiyada həyata keçirilmişdir. Almaniyanın Bleifeld şəhərində Almaniya Azərbaycan Evinin rəhbəri Təranə Tağıyeva tədbirin keçirilməsində yaxından köməklik etmişdir. Türkiyəndə Zülfüyyə Həsənovanın təşkilatçılığı ilə Trabzon Texniki Unversitetində, İstanbulda Qarslılar Dərnəyində ictimaiyyət nümayəndələri ilə görüş və tədbirlər zamanı da girovluqda olan Azərbaycan vətəndaşları haqqında məlumatlar yayılmışdır.
Təşkilatın təcrübəsində ilk dəfə olaraq Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində də girovluqda olan vətəndaşlarımızın tanıdılması üçün tədbirmiz keçirilmişdir. Girov Dərbənddə Qabil Şirinovun təşkil etdiyi tədbirdə eyni gündə Dərbənd qəzetinin redaksiyasında və Dərbənd Vokal Məktəbində də Milli musiqimizi bacardıqları qədər qoruyan müəllim və şagirdlərlədə görüşüldü.
Layihə rəhbərinin verdiyi məlumatda layihənin Azərbaycanda həyata küçirilən hissəsində, Qazax Dövlət Unversitetində 48 nəfər tələbə arasında “Bizi əsirlikdən qurtarın” adlı yazı müsabiqəsi keçirilmişdir. Müsabiqə qalibləri mükafatlandırılmışdır.
Şuşa işğal edildikdən sonra Bakıda fəaliyyət göstərən Şuşa Humanitar Kollecində də girovluqda olan vətəndaşlarımızla bağlı tədbirin keçirilməsi qeyd edilmişdir. Radə Abbasın qeyd etdiyinə görə layihənin son tədbiri döyüş bölgəsində yerləşən N saylı hərbi- hissədə əsgərlərimizlə birlikdə 26 iyun Silahlı Qüvvətlərimizin Yarandığı gün keçirilmişdir. Bayram tədbirində iştirak edən Layihə rəhbəri əsgərlərimizlə görüşdə vətən sevgisi, vətənə sədaqətdən danışımış, bayram münasibəti ilə əsgərlərimizi təbrik etmişdir.
Layihənin icrası ərəfəsində istifadə edilən bütün təbliğat materiallarınin verilməsi və Türkiyədə keçirilmiş tədbirmizdə idarənin əməkdaşının iştirakına şərait yaratdığı üçün Azərbaycan Respublikasının Əsir və İtgin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komitəssiyasının rəhbəri, Azərbaycan Respublikasının Milli Qəhramanı, Ədliyyə general-leytenantı Mədət Quliyev cənablarının təşkilatımıza göstərdiyi münasibətə görə məxsusi təşəkkürümüzü bildiririk.
Layihənin icrası məqsədi ilə planlaşdırılmış tədbirlərdə təşkilatın mətbuat xidmətinin rəhbəri Qabil Şirinov," Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin sədri, jurnalist Zaur Qəriboğlu, gənc jurnalist Arzu Qocayev, və digər dostlarımız könüllü olaraq sona qədər öz köməkliklərini əsirgəmədilər. Bizə köməklik edən hər kəsə layihə adından təşəkkür edirik dedi layihə rəhbəri.
Qabil Şirinov
Şərhlər