Daşqın Gülməmmədov: “Erməni terrorunu cəzalandırmaq üçün Beynəlxalq İctimai Tribunal yaradırıq.”
06.07.2017 12:51 Sosreaksiya 1350
Ermənistan Silahlı Qüvvələri dövlət səviyyəsində Azərbaycan Respublikasının mülki əhalisinə qarşı terror həyata keçirməkdədir. Bunun qarşısını alınmalıdır, bu hərkətləri cəzalandırmaq lazımdır. Bu yolverilməzdir. Bu barədə mətbuata açıqlmasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov deyib. O, bildirib ki, Ermənistan Silhalı Qüvvələrinə məxsus hərbi birləşmələrin son vəhşi addımı Azərbaycan Respublikasının mülki əhalisinə qarşı məqsədyönlü terorrçuluqdur. İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuluması, Ermənistan hərbiçilərinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının öldürülməsi və 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının ciddi yaralanması faktiki olaraq, sübuta ehtiyacı belə olmayan terrordur. Bu Ermənistanın həyata keçirdiyi və beynəlxalq qanunvericiliklə tanınan, mülki əhaliyə və insanlığa qarşı kütləvi terror aktıdır.
Biz Ermənistanın dövlət səviyyəsində hazırladığı, Azərbaycan Respublikasının mülki əhalisinə, ümumən isə insanlığa qarşı həyata keçirdiyi terrorun cəzalandırılması üçün Beynəlxalq İctimai Tribunal yardırıq. Ermənistan Prezindeti Serj Sarqsyan, Baş nazir Karen Karapetyan və Müdafiə naziri Viqen Sarqsyanın dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror təşkil etmələri barədə faktlar, şahid ifadələri və digər informasiyalar sistemləşdirilib cinayət dosyesi toplanmalıdır. Əsas məsələ cinayət dosyesinin hazırlanmasıdır. Bunun üçün, Avropa ölkələrinin, Ukrayna, ABŞ və digər ölkələrin ictimai-siyasi xadimləri, neytral bloqqerlər, jurnalistlərlə danışıqlar aparılır. Yaxın zamanlarda bu barədə mətbuata geniş açıqlama veriləcək, deyə Daşqın Gülməmmədov bildirmişdir.
Şərhlər