Ukrayna bankları kiberhücuma məruz qalıb
06.07.2017 13:04 Sosreaksiya 1264
Ukrayna banklarının 1/3-i kiberhücuma məruz qalıb.
Bu barədə Ukrayna Milli Bankının Təhlükəsizlik departamentinin direktor müavini Anton Kudin bildirib.
Onun sözlərinə görə, hazırda bütün maliyyə müəssisələri kiberhücumların təsirini minimuma endirib.
Qeyd edək ki, iyunun 27-də Ukrayna güclü kiberhücuma məruz qalıb. Hücum bank, enerji, nəqliyyat, telekommunikasiya kimi sahələrə edilib.
Şərhlər