Daha bir QHT Zəhraya görə bəyanat yaydı

06.07.2017 21:44     Sosreaksiya     1158

"Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi" ictimai birliyi Zəhra ilə bağlı bəyanat yayıb. Reaksiya.az bəyanatı təqdim edir:

Son günlər Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edirik.

2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata olunub. "Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İctimai Birliyi" baş verən hadisəni pisliyir.Nəhayət sizlərdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində aktiv olmağı, təcavüzkarı bütün beynəlxalq hüquq və normalarla cəzalandırmağı, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından təcili çıxmasını tələb etmənizi xahiş edirik.Sizlərin də doğmalarınız var. Dünyanın hər yerində insanlar terrordan, təcavüzdən sığortalanmayıblar. Düşünün, gün ola bilər ki, bu ağrıları sizlərdə yaşaya bilərsiz. Bu hadisələrin təkraralanmaması üçün beynəlxalq təşkilatların və dövlətlərin birliyinə çox ehtiyac var. Nəhayət, təcavüzkar Ermənistanla ,Azərbaycanı tərəzinin eyni gözünə qoymaqdan çəkinin. Çünki biz heç kimin torpağını zəbt və işğal etməmişik. Bizə məsələni silahla həll etməməyə çağırış edirsinizsə onda təmin edin ki, evlərimizdə, həyətlərimizdə günahsız insanlarımız həlak olmasınlar. Əks halda Azərbaycan xalqı ölkənin Prezidenti və Ali Baş Komandandan tələb edəcək ki, torpaqların azad olunması üçün səfərbərlik əmrini versin!

 

"Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi" ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı

 

 

Şərhlər

Çox oxunanlar