Qaradağ rayonunda fəaliyyət göstərən dini icmalar və dindarlar erməni vandalizmi ilə bağlı bəyanat yayıb
07.07.2017 11:18 Sosreaksiya 1370
Bakı şəhəri Qaradağ rayonunda fəaliyyət göstərən dini icmalar və Qaradağ dindarları Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı birləşmələrinin törətdiyi vandalizm və insanlığa qarşı cinayət aktı ilə bağlı bəyanat yayıblar.
Bəyanatda deyilir: "Bismillahir Rəhmanir Rəhim,
Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı insanlığa zidd növbəti cinayəti törədərək təxribata əl atıblar. Cinayətkar hərbi-siyasi rejim 1 yaş 8 aylıq Quliyeva Zəhranı, eləcə də onun nənəsi - Allahverdiyeva Sahibə İdris qızını qətlə yetirərək heç biri dini, mənəvi və ümumbəşəri dəyərlərə sığmayan vəhşilik törətmişlər.
Biz, Bakı şəhəri Qaradağ rayonunda fəaliyyət göstərən dini icmalar və Qaradağ dindarları olaraq, Ermənistanın bizim vətəndaşlarımıza qarşı törətdikləri bu vəhşi və vicdansız cinayəti qətiyyətlə pisləyir, Ermənistanın əli günahsız uşaqların qanına batmış hərbi-siyasi rejimini lənətləyirik. Bəyan edirik ki, Ermənistan öz işğalçı qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmalı, öz çirkin əməllərinə son qoymalıdır.
Bütün beynəlxalq təşkilatları və aparıcı dövlətləri Ermənistanın törətdiyi cinayətlərə və işğal faktına biganə qalmamağa, torpaqlarımızın işğaldan azad edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq.
Allah şəhidlərimizə rəhmət eləsin!"
Şərhlər