Azercell-lə peşəkar karyeraya ilk addımlar
07.07.2017 12:11 Sosreaksiya 1177
Reaksiya.az xəbər verir ki, Azercell Telekom MMC 2017-ci ilin Yay Tələbə Təcrübə Proqramına qəbul edilən tələbələrlə görüş keçirib. Tədbirdə proqram qalibləri ilə yanaşı, Azercell şirkətinin əməkdaşları, təcrübəçilərin gələcək mentorları, həmçinin Təhsil Nazirliyi SABAH qrupları nümayəndələri də iştirak ediblər. Görüşün məqsədi tələbələrə təcrübə proqramı və planlarını nümayiş etdirmək, gələcək karyeralarında uğur qazanmaq üçün müəyyən tövsiyyələr vermək idi.
Xatirladaq ki, bu il ilk dəfə olaraq Təhsil Nazirliyi SABAH qrupları və Azercell Telekom MMC arasında imzalanmış memorandum çərçivəsində Azercell Yay Tələbə Təcrübə Proqramı SABAH qrup tələbə və məzunlarını də əhatə edib. SABAH qruplarından 10, ümumillikdə isə Azərbaycanın fərqli ali təhsil ocaqlarından 29 tələbə Yay Tələbə Təcrübə Proqramında iştirak hüququnu qazanıb.
Məlumat üçün bildirək ki, Yay Tələbə Təcrübə Proqramı tələbələrə telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 17 -i isə şirkətdə işlə təmin olunublar.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
Ülviyyə Ədalətqızı
Şərhlər